starEvrika Litseyinə xoş gəlmisiniz

Tibbi Xidmət

dot
ball
thumb

Tibbi Xidmət

Evrika Liseyində şagirdlərin sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet hesab olunur. Bu məqsədlə liseydə ixtisaslı həkim və tibb bacısı fəaliyyət göstərir və tibb otağı ilk tibbi yardım üçün zəruri dərman və tibbi avadanlıqlarla təmin edilmişdir.

Şagirdlərin ümumi tibbi müayinəsi, eləcə də zədələnmə və ya səhhət problemi yarandıqda ilkin tibbi yardım hər gün saat 09:00-dan 17:00-dək liseyin tibb otağında göstərilir.

Məktəbdə qəza və ya sağlamlıq üçün təhlükəli vəziyyət baş verdikdə şagirdə dərhal ilkin tibbi yardım edilir. Zərurət yarandıqda isə valideynin razılığı əsasında lisey həkiminin müşayiəti ilə uyğun tibb müəssisəsinə yönləndirilir.

İnfeksion və ya virus xəstəliyi əlamətləri aşkar edildikdə şagird dərhal digər şagirdlərdən ayrılaraq evə göndərilir və 14–21 gün karantin rejimində qalması tövsiyə olunur. Yoluxma halları artdığı təqdirdə liseydə geniş dezinfeksiya tədbirləri həyata keçirilir.

Bununla yanaşı, liseydə şagirdlər və pedaqoji heyət üçün sanitar-gigiyenik maarifləndirmə işləri aparılır, sağlam həyat tərzi və gigiyena qaydaları barədə mütəmadi məlumatlandırma həyata keçirilir.

Paylaş