19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Evrika Liseyində fəaliyyət göstərən Rəqs dərnəyi şagirdlərin estetik zövqünün, ritm duyumunun və səhnə bacarıqlarının inkişafına yönəlib. Dərnəkdə şagirdlərə Azərbaycan milli rəqsləri ilə yanaşı, müxtəlif dünya xalqlarının rəqsləri də öyrədilir.
Təlimlər zamanı şagirdlər rəqs texnikasını, səhnə mədəniyyətini və komanda ruhunu inkişaf etdirirlər. Dərnək üzvləri liseydə təşkil olunan bayram və tədbirlərdə, eləcə də müxtəlif mədəni proqramlarda çıxış edərək bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar.