starEvrika Litseyinə xoş gəlmisiniz

dot
ball
thumb

Qidalanma

Evrika Liseyində şagirdlərin sağlamlığı və düzgün inkişafı xüsusi diqqət mərkəzindədir. Çünki inanırıq ki, “Bədənin qidası yemək, ağlın qidası elmdir.” Buna görə də liseyimizin yeməkxanasında şagirdlər üçün balanslı və sağlam qidalanma sistemi təşkil olunmuşdur.

Liseydə gün ərzində 3 dəfə qidalanma rejimi tətbiq olunur: səhər yeməyi, nahar yeməyi, qəlyanaltı və meyvə saatı. Hazırlanan yeməklər şagirdlərin yaş normativləri nəzərə alınaraq, sanitar-gigiyenik qaydalara uyğun şəkildə hazırlanır və təqdim edilir.

Şagirdlərin sağlam həyat tərzinin formalaşdırılması məqsədilə yeməkdən öncə və sonra gigiyenik qaydalara riayət olunması barədə mütəmadi maarifləndirmə işləri aparılır. Bu yanaşma şagirdlərdə düzgün qidalanma və gigiyena vərdişlərinin formalaşmasına kömək edir.

Liseyin həkimi və aşpazlarının iştirakı ilə həftəlik qidalanma menyusu hazırlanır. Menyuda şagirdlərin sağlam inkişafı üçün zəruri olan qida dəyərləri və balanslı rasion nəzərə alınır. Qida məhsullarının keyfiyyəti, istehsal tarixi, saxlanma və yerləşdirilmə şəraiti isə liseyin həkimi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

Evrika Liseyində qidalanma sistemi şagirdlərin sağlam, enerjili və məhsuldar bir gün keçirməsi üçün etibarlı və təhlükəsiz şərait yaradır.

service-image

Paylaş