19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Evrika Liseyi şagirdlərin rahat və mühafizə olunan mühitdə təhsil almasını təmin etmək üçün 24 saat peşəkar mühafizə xidməti ilə qorunur. Lisey ərazisi müasir təhlükəsizlik sistemləri və girişdə quraşdırılmış turniket sistemi ilə təchiz edilmişdir, bu da yalnız icazəli şəxslərin daxil olmasına imkan yaradır.
Əlavə olaraq, bütün ərazi 24 saat kameralarla izlənir, şagirdlərin və heyətin təhlükəsizliyi davamlı nəzarətdə saxlanılır. Biz hər zaman təhlükəsizlik tədbirlərimizi təkmilləşdirərək şagirdlər üçün etibarlı və səmərəli tədris mühiti yaradırıq.
Evrika Liseyində təhlükəsizlik yalnız prioritet deyil, həm də tədris mühitimizin ayrılmaz və əsas hissəsidir.