Qanla yazılan şərəfli tarix
20 YANVAR FACİƏSİNİN QURBANLARI
1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin ən faciəli və eyni zamanda ən şərəfli səhifələrindən biridir. Həmin gecə Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə insan yaralanmış və qanunsuz həbs edilmişdir. Qanlı Yanvar hadisələrinin əsas səbəblərindən biri Sovet İttifaqının dağılma mərhələsində kəskinləşən Dağlıq Qarabağ problemi idi. 1989-cu ilin dekabrında Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qəbul etdiyi qərar Azərbaycanda kütləvi etirazlara səbəb oldu.
Hərbçilər dinc və silahsız əhaliyə atəş açdılar. Tanklar və zirehli maşınlar piyadaların və avtomobillərin üzərindən keçdi. Təcili tibbi yardım maşınları və sərnişin avtobusları belə gülləbaran edildi. Eyni zamanda Neftçala və Lənkəran rayonlarında da qanlı hadisələr baş verdi.
20 Yanvar faciəsi nəticəsində: 147 dinc sakin həlak oldu, 744 nəfər yaralandı, təxminən 400 nəfər qanunsuz olaraq həbs edildi.
Bu faciə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, xalqın azadlıq əzmini daha da gücləndirdi və Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsinə aparan yolun əsasını qoydu.
Evrika Litseyinə xoş gəlmisiniz
+994103001030