19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Çexiya Respublikasının Azərbaycandakı səfiri cənab Milan Sedlaçek liseyimizi ziyarət edərək məktəbimizin mühiti və tədris prosesi ilə yaxından tanış oldu.
Ziyarət çərçivəsində şagirdlərimizin hazırladığı maraqlı və rəngarəng çıxış proqramı təqdim olundu. Uşaqların ifasında səsləndirilən şeirlər, mahnılar və səhnəciklər qonaqlar tərəfindən böyük maraq və alqışla qarşılandı. Bu səmimi və yaddaqalan görüş ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, eyni zamanda şagirdlərimizin beynəlxalq ünsiyyət və mədəni mübadilə ruhunda formalaşmasına töhfə verdi.