19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Dərs zamanı şagirdlərimiz çeviklik, elastiklik, tarazlıq və koordinasiya bacarıqlarını nümayiş etdirərək müxtəlif akrobatik hərəkət və elementləri yerinə yetirdilər.
Keçirilən açıq dərs sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və şagirdlərin fiziki inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər onların güclü, çevik, intizamlı və məqsədyönlü şəxsiyyət kimi formalaşmasına dəyərli töhfə verir.